"Xalq artisti Flora xanım Kərimovanın səhhəti yaxşıdır. Şükürlər olsun, hər şey qaydasındadır”.
Bu sözləri Bakıvaxtı.az-ın sorğusunu cavablandırarkən sənətkarın bioqrafı və köməkçisi Əli Davud deyib. O qeyd edib ki, Xalq artisti bəzi layihələrini başa çatdıracaq: "Allah ömür versin!”
Qeyd edək ki, bir müddət öncə, Xalq artisti Flora Kərimova səhhətində yaranan problemdən dolayı xəstəxanaya yerləşdilmişdi. Hazırda isə evində müalicə olunur.











































