Fondun adından istifadə edib vətəndaşları aldadan saxta “polkovnik”ə hökm oxundu

Fondun adından istifadə edib vətəndaşları aldadan saxta “polkovnik”ə hökm oxundu
Bütün Xəbərlər
13:23 04.06.2015
1211
Məhkəmə qərar verdi.
Bakı Apellyasiya Məhkəməsində Naxçıvan MR-nın sakini İman İbrahimovun (1961-ci il təv.) CM-nin 178.3.3-cü (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş tərəfindən törədildikdə) və 310-сu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, istintaq materiallarına əsasən, İman İbrahimov vətəndaşları aldadıb, külli miqdarda pullarını ələ keçirmək üçün 2011-ci ilin may ayında kompüter proqramından istifadə etməklə özünə vizit kartları düzəldib.
O, vətəndaş Qərib Vəliyevə özünü Heydər Əliyev Fondunun Baş Mühafizə İdarəsinin rəis müavini, polkovnik rütbəli şəxs kimi təqdim edərək, ona həmin idarənin Bərdə regional sahəsinə bölmə rəisi vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində İbrahimov Vəliyevdən həmin il iyunun 15-də Bakı Beynəlxalq Avtovağzalının ərazisində yerləşən kafenin həyətində 380 manat pul alıb.
Bundan başqa, İbrahimov vətəndaş Kərəmət Həsənova özünü Xüsusi Dövlət Mühafizə İdarəsinin vəzifəli şəxsi kimi təqdim edib, aldadaraq onun qardaşı oğlu Məhəmmədi mühafizəçi kimi işə düzəldəcəyinə söz verib. Mayın əvvəllərində o, “Bakı” mehmanxanasının qarşısında Həsənovdan 400, daha sonra Milli Məclisin yanında 300 və Bayıl dairəsinin yaxınlığında 100 manat pul alıb.
İyunun 2-də İman İbrahimov Azneft meydanında Rauf Əliyevdən 500 manat pul alıb və onu H.Əliyev Fondunun Baş Mühafizə İdarəsinə mühafizəçi düzəldəcəyini vəd edib. Avqust ayında təqsirləndirilən şəxs Namiq Hüseynovu Fondun Mühafizə İdarəsinin Yevlax şəhərində açılacaq regional şöbəsinə mühafizəçi işinə düzəldəcəyini vəd edib, ondan Dövlət Neft Şirkətinin qarşısında 580 manat alıb. Sentyabr ayında İman Südabə Məmmədovaya özünü FHN-də rəis müavini vəzifəsində işləyən şəxs kimi təqdim edərək, onun oğlu Mühəndis Məmmədovu həmin nazirlikdə işə düzəldəcəyinə söz verib və Milli Məclisin inzibati binasının yaxınlığında 500 manat pulunu alıb.
2011-ci ilin oktyabr-dekabr aylarında İbrahimov özünü H.Əliyev Fondunun Təhlükəsizlik Xidmətinin rəis müavini kimi təqdim edərək Zəhra Hüseynovanı aldadıb. Ümumilikdə qadından 2600 manat alan şəxs, onun bacısı oğlu Famil İsgəndərovu FHN-də sürücü, qızı İlhamə Məmmədrzayevanı Bakı ş. İcra Hakimiyyətində dəftərxana müdiri, bacısı oğlu Samir İbrahimlini və qardaşı oğlu Səbuhi Hüseynovu hərbi çağırışçı kimi Bakıda, DİN Daxili Qoşunların hərbi hissəsində qulluq keçməsi üçün yerləşdirəcəyini, qonşusu Xatirə Həsənovanın ərini FHN-də sürücü düzələdəcəyini söz verib.
2012-ci ilin yanvar ayında İbrahimov Zakir Şamilovu aldadıb, onun özünü 500 manat müqabilində H.Əliyev Fondunun Təhlükəsizlik xidmətində mühafizəçi, atası Şair Şamilovu isə həmin məbləğə gözətçi düzəldəcəyini söz verib.
Həmin il fevral-noyabr ayında İbrahimov analoji yolla Vüsal Qocayevi, Məmmədağa Cəfərovu, Nazim Novruzovu və Zülfi Rüstəmovu aldadıb, ümumilikdə onların dələduzluq yolu ilə 13.240 manat pullarını ələ keçirib.
Vətəndaşların şikayətləri əsasında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev -12 mənzil 10-da yaşayan İbrahimov 2013-cü il iyulun 8-də tutulub. Araşdırma zamanı məlum olub ki, İman İbrahimov 2003-cü ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə 3 il, 2006-cı ildə isə Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Cəzasının yüngülləşdirilməsi məqsədi ilə İ.İbrahimov apellyasiya şikayəti verib, lakin Bakı Apellyasiya Məhkəməsi işə baxaraq onun şikayətini təmin etməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO