21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 10-da, Kale şəhərindəki "Stad de LEpopee” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.