Fransa və Əlcəzair arasında gərginlik səngimir. Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.
Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin bu addımı atacağını bəyan edib.
Nazir qeyd edib ki, Fransa Əlcəzairin bu əsassız və qəbuledilməz qərarını qətiyyətlə pisləyir və bununla bağlı Əlcəzairin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.
Qeyd edək ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması fonunda pisləşdi. Buna cavab olaraq Əlcəzair Parisdəki səfirini geri çağırdı və Prezident Tebbun ilkin olaraq 2024-cü ilin sentyabrına planlaşdırılan Fransaya səfərini ləğv etdi. Həmin ilin noyabrında Əlcəzair-Fransız yazıçısı Boualem Sansalın həbsi vəziyyəti daha da çətinləşdirdi.
/Unikal