Türkiyənin Fransaya reaksiyası sərtləşir
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Fransaya xəbərdarlıq edib.
Fransaya etiraz məktubundan sonra bir də açıqlama verən Cəmil Çiçək Parisin səylərini daxili siyasətin istismarı kimi dəyərləndirib. Çiçək Fransanın gələcəkdə bunun əvəzini ağır ödəyəcəyini söyləyib: "Gələcəyi qaraldacaq və məsələnin yanlış istiqamətlərə çəkilməsinə imkan verəcək bu cür istismar səylərindən çəkinmək lazımdır. İş bu məcraya sürükləndiyi təqdirdə Fransa bunun əvəzini gələcəkdə çox ağır ödəyər"."
Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış isə Fransanın müzakirəyə çıxardığı layihənin problemli və ağılsızcasına bir sənəd olduğunu və Avropa Birliyi qanunvericiliyinə zidd olduğunu bildirib.
Layihə qəbul olunacağı təqdirdə Fransaya sanksiya tətbiq olunub olunmayacağı haqda suala isə nəqliyyat naziri Binəli Yıldırım cavab verib. Yıldırım "Gəlişmələrə görə lazımi cavabları verərik" deyib.
İqtisadiyyat naziri Zəfər Çağlayan isə hökumətin embarzo tətbiq etməyəcəyini, amma iqtisadi əlaqələrin zədələnəcəyini söyləyib.