Fransa hakimiyyəti Türkiyə qarşısında geriyə addım atdı

Fransa hakimiyyəti Türkiyə qarşısında geriyə addım atdı
Bütün Xəbərlər
21:47 14.10.2011
1331
Fransa prezidenti Nikola Sarkozinin İrəvandakı açıqlamalarının yaratdığı əks-sədadan sonra rəsmi Paris Türkiyənin könlünü almaq üçün fəaliyyətə keçib. Nikola Sarkozinin müavini Cin Devid Levitte Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlunu Yelisey sarayına dəvət edib. Prezidentin müşaviri səfirlə görüşündə bəyan edib ki, Nikola Sarkozinin İrəvandakı bəyanatı Türkiyədə yalış anlaşılıb və Fransa bu məsələdə Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir. Cin Devid Levitte Fransanın Türkiyəni böyük bir ölkə kimi gördüyünü, onunla dostluğa böyük önəm verdiyini bəyan edib. Tahsin Burcuoğlu isə Türkiyənin qondarma “erməni soyqırımı” ilə bağlı həssaslığını bir daha xatırladıb. O, bildirib ki, Fransa parlamentinin müzakirəsinə 1915-ci il hadisələri ilə bağlı yeni qanunun çıxarılması ikitərəfli əlaqələrə ziyan vuracaq.
OXŞAR XƏBƏRLƏR