Fransa səfirliyi Leyla Yunusu Azərbaycandan qaçırmaq istədi

SİYASƏT
13:37 29.04.2014
1587

“Aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib”.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbədən məlumat daxil olub. Məlumata görə, məqsəd Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib. 

Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: “Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”. 

 Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L. Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. 

 Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.

OXŞAR XƏBƏRLƏR