Fransada noyabrın 5-də keçiriləcək etiraz aksiyaları zamanı təhlükəsizliyin təmin edilməsi üçün 70 min polis və jandarm səfərbər olunacaq.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunes bildirib.
Nazir qeyd edib ki, təhlükəsizliyin təmin olunmasına oktyabrın 31-də olduğu qədər hüquq-mühafizə orqanı əməkdaşı cəlb ediləcək.
Onun sözlərinə görə, polis və jandarm qüvvələri ilə yanaşı, xüsusi təyinatlı bölmələr, kinoloji xidmət əməkdaşları və atlı polis də xidmət aparacaq.
"Əsas vəzifəmiz nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etməkdir. Qanunsuz hərəkətlərə cəhd olarsa, cavab son dərəcə sərt olacaq. Heç bir iğtişaşa dözməyəcəyik və qanunu pozanlar saxlanılacaq”, – nazir vurğulayıb.











































