Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi

Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
DÜNYA
13:31 23.06.2026
242
Avropada müşahidə olunan kəskin istilər Fransada faciə ilə nəticələnib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransanın cənub-şərqində yerləşən Karpantra (Carpentras) şəhərində 2 və 4 yaşlı iki uşaq avtomobildə ölü tapılıb.

Məlumata görə, uşaqlar yaşayış evinin yaxınlığında günəş altında qalan avtomobildə aşkarlanıblar. Hadisə yerinə çağırılan xilasedicilər azyaşlıların həyatını xilas edə bilməyiblər.

Karpantra Prokurorluğu faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırmaya başlayıb. İlkin ehtimallara görə, uşaqların ölümünə yüksək temperatur səbəb olub.

Qeyd edək ki, Fransada son günlər müşahidə olunan rekord istilər səbəbindən ölkənin onlarla bölgəsində qırmızı xəbərdarlıq elan edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, isti hava şəraiti ilə əlaqədar indiyədək bir neçə nəfər həyatını itirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR