Fransada karantin yenidən sərtləşdirildi

DÜNYA
15:10 15.09.2020
1668
Koronavirusun Avropada yenidən artması ilə bir çox ölkələrdə yenidən sərt tədbirlər görülməyə başlanıb. 
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Fransada COVİD-19 daşıyıcılarının sayı yenidən artdıqdan sonra ölkədə yeni qadağalar qoyulub.
 
Edilən açıqlamada deyilib ki, saat 20:00-dan sonra spirtli içkilərin satışı qadağa edilib. Barların və gecə klublarının isə saat 00:30 ilə 06:00 arasında bağlanmasına qərar verilib.
 
Fransanın Səhiyyə nazirliyi tərəfindən verilən açıqlamada ölkə ərazisində son 24 saatda 6 min 158 yeni koronavirus daşıyıcısının təsbit olunduğu bildirilib.
Onlardan 34 nəfər virus səbəbindən həyatını itirib.
 
Qeyd edək ki, Fransada bu günə qədər 30 min 950 nəfər həyatını itirib.
 
Mələk Cabbar
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet