Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

DÜNYA
21:54 06.08.2020
638
Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.

"Report” xəbər verir ki, bu barədə "Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, o, 2 saatdan çoxdur binada 5 nəfəri girov saxlayır. O, girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irıli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet