Fransalı politoloq: “Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurur”

Fransalı politoloq: “Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurur”
SİYASƏT
13:58 26.03.2021
1065
"Minaların yerini deməkdən imtina etməklə Ermənistan öz maraqlarına ziyan vurur”.

Bunu "Report”un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, politoloq Maksim Qoən (Maxime Gauin) bildirib.

O deyib ki, Ermənistan Azərbaycana qarşı istifadə edə bilməsi üçün minalara dair, habelə bir sıra digər silahlara dair konvensiyaları ratifikasiya etməkdən imtina edib:

"Azərbaycanlıların həyatını təhlükə altına atmaq Ermənistan hökumətini 1991-ci ildən etibarən heç vaxt qorxutmayıb. Ermənistan nəinki minalara dair, hətta digər silahların istifadəsini qadağan edən konvensiyalara imza atmaqdan imtina edib. Buna səbəb də həmin silahlardan Azərbaycana qarşı istifadə etməsi olub. Məsələdə Ermənistanın ümumi mövqeyi hər zaman bundan ibarət olub”.

Politoloqun fikrincə, Ermənistan müharibədə Azərbaycana uduzduqdan sonra Nikol Paşinyan reallığı nəhayət ki, anlamağa başlayıb:

"Lakin təəssüflər olsun ki, Ermənistanın bir sıra hökumət və müxalifət nümayəndələri reallığı hələ də başa düşməyiblər. Mülki insanlara qarşı minalar kimi qadağan olunmuş üsullardan qəsdən istifadə edilməsi beynəlxalq hüquqa ziddir. Lakin beynəlxalq hüquq qanunlarından da əlavə, böyük hərbi-texniki üstünlüyə malik olan ordusunun gücünə torpaqlarını azad edən qonşusuna minaların yerini deməkdən imtina etməsi Ermənistanın maraqlarına ziddir. Beləliklə, o, bu yolla Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaq perspektivlərini yubatmış və təxirə salmış olur. Bu münasibətlər isə öz növbəsində Ermənistanın qurtuluşu və xilası üçün böyük önəm daşıyır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi