''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova

SOSİAL
01:25 11.10.2026
86
"Hüquqi və demokratik cəmiyyətlərdə fərdi azadlıqlar bir qayda olaraq ümumi qaydaların inkarı üzərində deyil, ictimai maraqlara və qanuni tələblərə hörmət çərçivəsində həyata keçirilməlidir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, fərdi azadlıqların həyata keçirilməsi ümumi qaydalara əməl olunmasını istisna etmir:

"Başqa sözlə bu hüquq hər bir ictimai məkanda bütün şəxsi seçimlərin mütləq və heç bir ümumi qayda ilə məhdudlaşdırılmadan reallaşdırılması demək deyildir. Bu tələblər qanuni, aydın və legitim məqsədə mütənasib olduqda, onların mövcudluğu öz-özlüyündə azadlığın inkarı sayıla bilməz”.
Komitə sədri qeyd edib ki, məktəb uşaqların təhsil aldığı və şəxsiyyət kimi formalaşdığı xüsusi sosial mühitdir:

"Məktəb məhz bu baxımdan xüsusi sosial mühitdir: onun əsas məqsədi uşaqların təhsil alması, şəxsiyyət kimi formalaşması, bərabər imkanlara sahib olması və ortaq davranış mədəniyyəti qazanmasıdır. Məktəbə daxil olan hər bir şagird də təhsil prosesinin ümumi tələblərinə əməl etməlidir”.

B.Muradova bildirib ki, vahid məktəbli formasının tətbiqi təhsil mühitində hamı üçün ümumi qaydanın yaradılmasına xidmət edir:

"Digər tərəfdən vahid məktəbli formasının tətbiqi prosesini insanın namusu, ləyaqəti və ya mənəvi keyfiyyətləri ilə əlaqələndirilməsi, o cümlədən təhsilalanların fərdi mənəvi dəyərinin müəyyənləşdirməsi baxımından deyil, təhsil mühitində hamı üçün ümumi qayda yaratmaq naminə tətbiq edildiyini gözardı etmək olmaz.

Əksinə, vahid formanın tətbiqinin şagirdlərin geyimlərinin onların ailələrinin maddi imkanlarının, sosial statuslarının və dəb seçimlərinin nümayişinə çevrilməsinin qarşısını almağa, diqqəti xarici görünüşdən təhsilə yönəltməyə xidmət edən ən optimal vasitələrdən biri kimi qəbul etmək lazımdır”.

Onun sözlərinə görə, vahid geyim qaydası şagirdlər arasında sosial müqayisənin azaldılması üçün imkan yaradır:

"Vahid geyim qaydasının bərabərliyə xidmət etməsinin bütün sosial fərqləri avtomatik aradan qaldırdığını iddia etmək düzgün olmasa belə, onun bahalı brendlər, dəb və fərqli geyim imkanlarının təhsil mühitində rəqabət predmetinə çevrilməsini məhdudlaşdırdığını və şagirdlər arasında sosial müqayisəni azaltmaq üçün real imkan yaratığını da xüsusi vurğulamaq lazımdır.

Həmçinin, bu zaman söhbət kiminsə şəxsi seçiminin mənəvi cəhətdən üstün elan edilməsindən deyil, eyni təhsil mühitində hamıya eyni qaydanın tətbiqindən gedir. Bu, isə gəlin razılaşaq ki, məktəbin tərbiyəvi missiyası baxımından xüsusilə əhəmiyyətlidir”.

Komitə sədri məsələnin dünyəvilik tərəfinə də toxunub:

"Mövzunun dünyəvilik tərəfinə gəldikdə isə, o birmənalı olaraq dövlətin və təhsil sisteminin bütün şagirdlərə dini mənsubiyyətindən asılı olmayaraq bərabər yanaşmasını, tədrisin ümumi təhsil məqsədlərinə əsaslanmasını nəzərdə tutur. Vahid məktəbli formasının tətbiqi də məhz bu ümumi qaydanın tərkib hissəsi kimi dəyərləndirilməlidir”.

B.Muradova vurğulayıb ki, vahid məktəbli formasının müəyyənləşdirilməsi və tətbiqi təhsilin təşkili ilə bağlı hüquqi və ictimai məsələ kimi qiymətləndirilməlidir:

"Uşaqların geyimi haqqında dövlət siyasətini qadınların mənəvi dəyəri, əxlaq və insan ləyaqəti haqqında zərərli mübahisəyə çevirmək cəhdləri isə mövzunun mahiyyətini tamamilə dəyişir.

Odur ki, vahid məktəbli formasının müəyyənləşdirilməsi və tətbiqi təhsilin təşkili ilə bağlı hüquqi və ictimai məsələ olduğu üçün onu yalnız uşaqların bərabərliyi, təhsil mühitinin xüsusiyyətləri, valideynlərin öhdəlikləri və dövlətin qanuni tənzimləmə səlahiyyətləri baxımından qiymətləndirmək lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib