Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Fransada döyülən tələbələrimizlə bağlı bəyanat yayıb. AZXEBER.COM həmin bəyanatı təqdim edir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.
26 fevral, 2013-cü ildə Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynоvun Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb. Bu hadisə Avropa dəyərlirini Azərbaycanda təbliğ edən bir təşkilat kimi bizi məyus və narahat edir. Belə ki, Fransada baş verən bu hadisə insan hüquqlarına kobudcasına pozulması, eləcə də fiziki zorakılıq və təhqirdir. Bu hadisə həm də parlamentar və ermənilər təərəfindən ayriseçkilik və qeyr-tolerant hərəkət kimi xarakterizə olunur. Eləcə də insan hüquq və azadlıqlarına ziddir.
Fransa hər zaman demokratiyanın dünyada təşviqi və onun ölkələrdə daha da inkişafı ilə bağlı imic yaradan ölkə olmuşdur. Amma ermənilərin mövqeyi ilə tanınan Fransanın rəsmisi bu addimi qeyri-demokratik, qərəzli və qeyr-obyektivliyi ilə muşahidə olunur.
Belə ki, Fransa Ermənistan Azərbaycan Dağlıq Qarabağ munaqışəsinin sülh yolu ilə tənzimlənməsində ATƏT-in Misk qrupunun həmsədrlərindən biridir. Lakin belə hallar baş verdikdə Fransanın bu prosesə töhvə verə biləcəyi şübhə altına düşür.
Vurğulanmalıdır ki, AGAT Avropa demokratik-bəşəri dəyərlərinin cəmiyyətdə tətbiqini ən unikal inkişaf modeli sayır və Azərbaycanda təbliğ edir. Ona görə də xahiş edirik ki, Fransanın dövlət strukturları, eləcə də Fransanın Azərbaycandakı səfirliyi bu halla bağlı açıqlama versin. Eyni zamanda tələb edir ki, iki Azərbaycan gəncini vəhşicəsinə döyən insanlar layiqli cəzalarını alsınlar. Bu həm də movcud vəziyyətdə ədaləti bərpa etmiş olar.