Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib

DÜNYA
23:53 05.10.2026
187
Fransa Hərbi Dəniz Qüvvələrinin Tulon limanında texniki xidmətdə olan "Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib.

Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yanğın oktyabrın 5-i səhər saatlarında gəminin texniki otaqlarından birində qeydə alınıb.

Yanğına qaz kəsicisindən istifadə edilən işlərin səbəb ola biləcəyi bildirilir. Alovu bir saat sonra lokallaşdırmaq mümkün olub, daha bir saat sonra isə yanğının tam söndürüldüyü açıqlanıb.

"Mer et Marine” portalının yaydığı Fransa HDQ-nin məlumatında qeyd olunub ki, xilasetmə qrupları hadisənin səbəblərini araşdırır. Araşdırmaya Marseldən dəniz yanğınsöndürmə batalyonu da cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, aviadaşıyıcının reaktor avadanlıqlarında hər hansı zədələnmə qeydə alınmayıb.

"Şarl de Qoll”un Tulondakı texniki xidmətinin dekabrın əvvəlinədək başa çatdırılması planlaşdırılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib
01:15 06.10.2026
UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib
Maskın sərvəti yenidən 1 trilyon dolları keçdi
01:08 06.10.2026
Maskın sərvəti yenidən 1 trilyon dolları keçdi
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026