Fransanın Tehrandakı səfiri Pyer Koşar ölkə hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Tehran bu addımları insan hüquqlarının pozulması kimi qiymətləndirir.
IRNA xəbər verir ki, İran XİN-in İnsan hüquqları idarəsinin rəhbəri vəzifəsini icra edən Həmid Əhmədi görüş zamanı Fransanın insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərini xatırladıb və əsas azadlıq hüquqlarına, xüsusən də vətəndaşların dinc toplanış hüququna riayət etməyə çağırıb.
Əhmədi Fransa təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı atdığı və ciddi yaralanmalara səbəb olan addımlarından narahatlığını ifadə edib. O, həmçinin 5 mindən çox insanın saxlanıldığını bildirib.
Əhmədinin sözlərinə görə, dinc toplantı iştirakçılarına qarşı bu səviyyədə güc tətbiqinə haqq qazandırıla bilməz.
///report///











































