Fransaya casusluqda ittiham edilən şəxslərin növbəti məhkəməsi oldu

Fransaya casusluqda ittiham edilən şəxslərin növbəti məhkəməsi oldu
HADİSƏ
20:17 19.05.2025
1359
Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Ryan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli ifadə verərək Loran Lödi ilə Martin Ryan vasitəsiylə tanış olduğunu deyib.

"O, mənə dedi ki, Loran da Moskvada mənim təhsil aldığım universitetdə təhsil alıb. Həm Loran Lödi, həm də Frederik Devosu mənimlə Martin tanış edib. Onların hər ikisini mənə Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Martin də onların tapşırıqlarına əsasən, azərbaycanlıları tora salıb. Loran Lödi ilə görüş zamanı o, mənə Rusiya ilə bağlı suallar verdi və mənə əlaqələrimdən istifadə etməklə məlumat almağı və onlara verməyimi istədi. Lakin mən onlara rədd cavabı verdim. Martini isə özümə yaxın bilmişəm. Amma onların sualları məndə şübhə yaratdığı üçün rədd cavabı verdim. Baş verənlər barədə məlumat vermədiyim üçün peşmanam. Onlara rədd cavabı verməklə işin yekunlaşdığını fikirləşdim. Həmçinin onlar mənə Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verdilər. Bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Mən onlardan şübhələnsəm də, casus olduğlarını bilmirdim”.

Loran Lödi ilə ilk tanışlığıma gəlincə isə təqsirləndirilən vurğulayıb ki, bu 2023-cü ildə baş tutub.

"Martin Loranı mənə keçmiş polis əməkdaşı kimi təqdim edib. Dedi ki, Loran Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar Rusiyada təhsil aldığım və əlaqələrimin olduğu üçün mənə əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm. Mənim Devosla aramızda yanlız 1 dəfə məktublaşma olub. Onda da CV göndərmişəm. Başqa aramızda nə məktublaşma, nə də fikir mübadiləsi olub”.
Daha sonra Martin Ryan Azad Məmmədlinin ifadəsinə etiraz edib. O, bildirib ki, Azadı Fransa xüsusi xidmət orqanları ilə tanış etməyib:

"Rusiyanı yaxşı tanıyan, orada güclü əlaqəsi olan insan lazım idi. Həmin ərəfədə Azad da iş axtarırdı və işin Fransa şirkətində olmasını istəyirdi. Hər ikisini tanıdığım üçün onlara kömək etmək istədim. Onları mən görüşdürmüşəm. Görüş həm evimdə, həm də tədbirdə olub. Bunu etiraf edirəm. Həmçinin Azad Məmmədli dedi ki, vəsait almayıb və əməkdaşlıq etməyib. Bu barədə səs yazıları var. Onları dinləmək lazımdır. O səslərdən bəllidir ki, Azad Məmmədli onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilir və iş qarşılığında nə qədər vəsait alacağı barədə suallar verir. Azad mənim dostumdur. Ona bu işin təhlükəli olduğunu bildirirdim. O da mənə xəbərdar olduğunu deyirdi. Özümü bu iş üzrə təqsirli bilirəm”.

Azad Məmmədli bildirib ki, bu həqiqəti əks etdirmir: "Bu yalandır. Martin özü 44 günlük Vətən müharibəsi zamanı onlarla tapşırıq yerinə yetirib. Bu istintaq materiallarında da var. O, hərbi təyinatlı tapşırıq alıb, yerinə yetirib və informasiyaları ötürüb. Bunu özü də etiraf edib. Martin ən azı 9 azərbaycanlını tora salıb. 10-cu mən olmuşam. Mən də rədd cavabı vermişəm. O, həmçinin İlqar adlı iş adamının və əvvəllər hərbçi olmuş şəxsin və onların dostluq əlaqələri qurduğu insanların məlumatlarını ötürüb. 50-ə yaxın hərbi təyinatlı tapşırıqları yerinə yetirib. "Siqnal” tətbiqindən istifadə etmişəm. Buna səbəb isə Loranın bu əlaqə üçün bu tətbiqdən istifadə etməsi olub. Martin deyir ki, mən vəsait tələb etmişəm. Bu belə deyil. Mən nə vəsait almışam, nə də tapşırıq yerinə yetirmişəm. Həmçinin Martinin şərab biznesi, şahmat müəllimliyi gözdən pərdə asmaq üçün olunub. O, birbaşa səfirlikdən və xüsusi xidmət orqanlarından deyil, dolayı yolla maliyyələşdirilib”. 

Növbəti proses iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən "Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq