Fuad Muradov türk xalqına başsağlığı verdi

Fuad Muradov türk xalqına başsağlığı verdi
Bütün Xəbərlər
11:45 24.10.2011
1380

"Türkiyədə baş vermiş zəlzələnin səbəb olduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bütün Azərbaycanı son dərəcə sarsıtdı. Allah həlak olanlara rəhmət eləsin! Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlara şəfa diləyirəm".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Fuad Muradov rəsmi facebook səhifəsində yazıb. 

Xatırladaq ki, Türkiyədə Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Van şəhərindən 30 km şərqdə qeydə alınıb. Zəlzələ nəticəsində Vanın mərkəzində yeddimərtəbəli bina uçub, qalıqlar altında insanlar var.  

OXŞAR XƏBƏRLƏR