"Futbolçularımın hər birini qucaqlayıram" - Qurban Qurbanov

"Futbolçularımın hər birini qucaqlayıram" - Qurban Qurbanov
İDMAN
01:09 10.08.2022
1109
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una 3:1 hesabı ilə qalib gələrək (ilk oyun - 1:1) pley-offa adlamaları barədə danışıb.

AZXEBER.COM xəbər verir ki, o, səfərdəki cavab matçından sonra təşkil olunan mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər. Qalib gəlməyi çox istəyirdilər. Allaha şükürlər olsun, hər şey bizim tərəfimizdə oldu. Hesab bəlkə də bizi aldada bilər. Amma buna baxmayaraq, çox əziyyət çəkərək qalib gəldik. Çox yaxşı komandaya qarşı oynadıq. Bir şeyi qeyd edim ki, hesabın tam əksi də ola bilərdi. Çünki rəqibin də çox yaxşı qol imkanları var idi. "Ferentsvaroş"a uğurlar arzu edirəm. Öz futbolçularımın isə hər birini qucaqlayıram. Bütün Azərbaycanı təbrik edirəm".

Ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən Ağdam təmsilçisinin çalışdırıcısı minimum hədəflərinə çatıb-çatmadıqları ilə bağlı sualı bu cür cavablandırıb: "Biz bu gün ümumiyyətlə bu barədə düşünmürük. Mən dəfələrlə demişəm ki, bizim irəli getmək üçün nə qədər şansımız varsa, ondan maksimum yararlanmalıyıq. Biz bu gün rahat olub, desək ki, eybi yox, uduzsaq da, Avroliqanın qrupunu təmin etmişik, uduzmuş olarıq. Futbol hazırda elə bir səviyyəyə gəlib çatıb ki, hər il belə uğurları, qalibiyyətləri əldə etmək olmur. Çünki hər bir rəqib, hər bir ölkənin futbolu tam fərqli səviyyəyə gəlib çıxıb. Ona görə də bu gün şansımız varsa, bundan maksimum yararlanmağa çalışmalıyıq".

Q.Qurbanov "Viktoriya"ya (Plzen, Çexiya) qarşı pley-off oyununu Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəkləri barədə suala da cavab verib: "Hazırda buna cavab verə bilməyəcəyəm. Çünki bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda oynamışıq. Bu barədə yəqin ki, müzakirə etmək lazım olacaq. Bəlkə də birdən-birə stadionu dəyişdirib, BOS-a getmək düzgün olmaz. Ona görə hər bir halda Bakıda bu məsələni müzakirə edərik".

Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: "Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".

Qurbanov qeyd edib ki, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".

Qeyd edək ki, "Qarabağ" pley-offda "Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb