Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb - FOTO

Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb - FOTO
SOSİAL
13:58 06.03.2021
405
Füzulidə tikilən beynəlxalq hava limanında uzunluğu 3 km, eni 45 m olan uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün 60 min kvadrat metr sahədə 8 meydança, aerovağzal binası və köməkçi binalar və hava nəqliyyatının tənzimlənməsi üçün qüllənin tikilməsi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları”nın (AZAL) nümayəndəsi Valeh Əmiraslanov diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.

O bildirib ki, artıq uçuş-enmə zolağının torpaq yatağının çıxardılması başa çatıb. Həmin ərazi minalardan təmizlənib, torpağın 4 metr dərinliyinə qədər ərazi skanerlər vasitəsilə yoxlanılıb bu zaman çoxlu mina və partlamamış maddələr aşkar olunub və zərərsizləşdirilib.

"Bunun üçün Britaniyadan alınmış mina zərərsizləşdirici yüksək səviyyəli avadanlıqdan istifadə olunur. Bu mexanizmin idarə olunması üçün beş nəfər azərbaycanlıya təlim keçilib. Onların 2-si təlimi tamamlayıb, 3 nəfərin təlimi davam edir”, - AZAL-ın rəsmisi bildirib.

V. Əmiraslanov onu da qeyd edib ki, hazırda aerovağzal binasının bünövrəsi qazılır. Bütün bu işləri bu ilin payız mövsümünədək tamamlamağı planlaşdırılır. Beynəlxalq səviyyədə  qeydiyyatdan keçirilmə işi tamamlanıb: "Beynəlxalq şirkətlərdən aeronaviqasiya sistemlərinin alınması ilə bağlı danışıqlar aparılır, müqavilələr imzalanıb. Avadanlıqların may ayının sonu – iyunun əvvəllərində əraziyə gətirilməsi planlaşdırılır. Hava limanı "Aerobus 380” təyyarəsi istisna olmaqla, çəkisi 400 tona qədər olan təyyarələri qəbul edəcək”.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı