“Füzuli Günləri”nə həsr olunan tədbir keçirilib - FOTOLAR

“Füzuli Günləri”nə həsr olunan tədbir keçirilib - FOTOLAR
MƏDƏNİYYƏT
10:04 15.10.2024
1107
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən "Füzuli Günləri” çərçivəsində Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri təşkil olunub.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bakı və Gəncə şəhərlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xorunun və Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xorunun birgə konsertləri keçirilib. Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşdirilən konsertlər Fond tərəfindən Türk mədəniyyətinin inkişafında müstəsna yer tutan görkəmli şair, mütəfəkkir, böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Sözügedən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ustad Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə bağlı 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Türk Mədəniyyəti və İrsi Fondunun başlatdığı genişmiqyaslı "Füzuli günləri” adlı layihə çərçivəsində təşkil olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun "Füzuli günləri” layihəsi böyük şair Məhəmməd Füzulinin yaradıcılığının dünyada geniş şəkildə işıqlandırılmasına və təbliğinə, eləcə də qardaş türk ölkələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.
Füzuli yaradıcılığına həsr olunmuş gecələrdə Türk Dünyası musiqi tarixinin ən böyük əsəri olan bəstəkar Cahangir Cahangirovun "Füzuli” kantatası, eləcə də qazax bəstəkarlarının nadir əsərləri ifa olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyətindən bəhs edərək layihə ilə bağlı ətraflı məlumat verib.h
Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan Respublikası, Qırğız Respublikası, Türkiyə Respublikasının dövlət başçılarının dəstəyi ilə yaradıldığını vurğulayan Raimkulova, təşkilatın əsas missiyasının Türk dünyasının zəngin mədəni irsinin qorunması, araşdırılması və beynəlxalq aləmdə təbliği olduğunu qeyd edib. O, xüsusilə fondun Türk dünyasının dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması yönündə "Türk Dünyasının görkəmli şəxsiyyətləri”, "Türk Dünyasının ədəbi inciləri”, "Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarını tərtib etdiyini diqqətə çatdırıb.

Raimkulova nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayıb. O, fondun bu təşəbbüsə dəstək məqsədilə bir sıra layihələr həyata keçirdiyini və bunlardan biri olan "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabının nəşr edildiyini bildirdi. Bu kitabda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Füzuli irsinin tanıdılması istiqamətində müstəsna xidmətləri əks olunub.

A. Raimkulova qeyd edib ki, 23-26 sentyabrda Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri "Füzuli–530 misra" kitabının təqdimatı ilə açılıb. Fondun növbəti böyük layihəsi isə Bakıda və Gəncədə təşkil ediləcək "Füzuli günləri”dir.
Raimkulova Qazaxıstanın Aktobe vilayətinin İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən konsertlərin həm də Jubanova adına Aktobe Filarmoniyasının 80 illik yubileyinin qeyd olunmasına həsr olunduğunu qeyd edərək, Filarmoniyanın direktoru Dina Niyazovanı təbrik edib.
Tədbirlərdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Konsertlər Bakı və Gəncə izləyiciləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz