Füzulidə açıq ərazidə yanğın başlayıb

Füzulidə açıq ərazidə yanğın başlayıb
SOSİAL
23:36 12.07.2026
139
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR