Füzulidə iki qardaş bıçaqlandı

Füzulidə iki qardaş bıçaqlandı
Bütün Xəbərlər
00:26 24.12.2011
1993

Hadisə məcburi köçkünlər üçün salınmış Qayıdış qəsəbəsində baş verib

Füzulidə bıçaqlanma hadisəsi baş verib. Hadisə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Qayıdış qəsəbəsində baş verib. Bıçaqlanan şəxslərin qardaşı Emin Abbasovun verdiyi məlumata görə, axşam saatlarında 6 nəfər onun qardaşları Niyaz və Nəcməddin Abbasovlara bıçaq xəsarətləri yetiriblər. Nəcməddin Abbasov bədəninin müxtəlif yerlərindən 4, qardaşı Niyaz 2 bıçaq xəsarəti alıb. Bıçaq xəsarəti almış iki qardaş Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR