Fövqəladə Hallar Nazirliyi BMT-nin Azərbaycan nümayəndəliyində taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi BMT-nin Azərbaycan nümayəndəliyində taktiki-xüsusi təlim keçirib
Bütün Xəbərlər
11:15 21.05.2014
855

ayın 20-də BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə nümayəndəliyin Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının iştirakı ilə taktiki - xüsusi təlim keçirilmişdir.

FHN-in mətbuat xidmətindən verilən xəbərə görə, əsas məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, bu qurumun əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılmasından ibarət olmuşdur.Təlimə başlamamışdan əvvəl nazirliyin Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin əməkdaşları tərəfindən nümayəndəliyin əməkdaşları ilə “Xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi” və “Yanğın zamanı davranış qaydaları” mövzularında məşğələlər keçirilmişdir.Təlim ssenariyə uyğun olaraq saat 11.00-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumatın daxil olması ilə başlamışdır. Nümayəndəliyin əməkdaşları tərəfindən inzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyəsi və ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilmişdir.Daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə və tibbi yardım qüvvələri şərti hadisə yerinə cəlb olunmuşdur.Yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədilə şərti hadisə yerinə ilk növbədə daxil olan motoxilasedici qrupu tərəfindən kəşfiyyat tədbirləri həyata keçirilmiş nazirliyin 112 xidməti və hadisə yerinə cəlb olunan bölmələrin rəhbərləri əməliyyat şəraiti barədə məlumatlandırılmışdır.Təlim zamanı nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların aidiyyəti tibb müəssisələrinə təxliyəsi, yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilmişdir.Təlimin gedişində şərti olaraq 1 nəfər aşağı ətrafların sınıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənməyə məruz qalmış şəxsə tibbi yardım göstərilməklə tibb müəssisələrinə təxliyəsi təmin edilmişdir. Binanın yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi üçün avtonərdivan tətbiq edilmiş, eyni zamanda, ərazidə hava yastığı açılmışdır.Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə edilməsi məqsədi ilə ərazidə nazirliyin əməliyyat qərargahı açılmışdır.Təlimin birinci mərhələsi ssenariyə uyğun olaraq nümayəndəlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatmışdır.Təlim II mərhələdə yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə davam etmişdir.Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.Nümayəndəliyin Bakı şəhərində fəaliyyət göstərən digər agentliklərində fövqəladə hadisələr zamanı fəaliyyət sahəsinə aid olan mövzularda məşqlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR