Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yaydı

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yaydı
Bütün Xəbərlər
14:37 13.02.2012
1055

Nazirlik vətəndaşları su hövzələrində donmuş sahil zolağından uzaq durmağa çağırır

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərdarlıqda bildirilir ki, son günlər havaların kəskin soyuması nəticəsində su hövzələrində (Xəzər dənizində, göllərdə, çaylarda və digər su tutar yerlərdə) suyun üzünü buz təbəqəsinin örtməsi və həmin təbəqənin üzərinə əlavə qarın yağması nəticəsində su hövzələrinin sahil zolağında hərəkət üçün təhlükəli şərait yaranıb: “Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu cür təhlükəli vəziyyəti düzgün qiymətləndirməyərək həmin ərazidən əylənmək üçün istifadə etməyə çalışırlar. Belə ki, üzəri buzla örtülmüş su hövzələri üzərində əyləncə məqsədilə sürüşmək (xizəklə və ya xizəksiz), balıq tutmaq, müxtəlif nəqliyyat vasitələrini çıxarmaq, buz üzərində qaçmaq, yerimək və ümumiyyətlə bütün növ hərəkətlər həyatınız üçün böyük təhlükə yaratmış olar.
OXŞAR XƏBƏRLƏR