Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb
Bütün Xəbərlər
14:04 13.02.2012
1086
Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərdarlıqda bildirilir ki, son günlər havaların kəskin soyuması nəticəsində su hövzələrində (Xəzər dənizində, göllərdə, çaylarda və digər su tutar yerlərdə) suyun üzünü buz təbəqəsinin örtməsi və həmin təbəqənin üzərinə əlavə qarın yağması nəticəsində su hövzələrinin sahil zolağında hərəkət üçün təhlükəli şərait yaranıb: “Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu cür təhlükəli vəziyyəti düzgün qiymətləndirməyərək həmin ərazidən əylənmək üçün istifadə etməyə çalışırlar. Belə ki, üzəri buzla örtülmüş su hövzələri üzərində əyləncə məqsədilə sürüşmək (xizəklə və ya xizəksiz), balıq tutmaq, müxtəlif nəqliyyat vasitələrini çıxarmaq, buz üzərində qaçmaq, yerimək və ümumiyyətlə bütün növ hərəkətlər həyatınız üçün böyük təhlükə yaratmış olar. Fövqəladə Hallar Nazirliyi vətəndaşları bu cür su hövzələrində donmuş sahil zolağından uzaq durmağa və azyaşlı uşaqların bu kimi yerlərə yaxınlaşmamasına xüsusi diqqət yetirməyə çağırır. Əgər bu kimi hadisənin baş verdiyi müşahidə olunarsa, vətəndaşlardan təcili olaraq FHN-nin “112” qaynar xəttinə zəng etmələri və ya əraziyə yaxın Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə məntəqələrinə məlumat vermələri xahiş olunur”.
OXŞAR XƏBƏRLƏR