G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
DÜNYA
20:20 30.10.2026
241
Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri, Rusiya nümayəndəsi ilə birgə fotoşəkil çəkdirməyə qarşı çıxan Avropa diplomatlarının etirazlarından sonra Atlantadakı görüşə ənənəvi birgə fotoşəkil çəkdirmədən başlayıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Birgə fotoşəkil ABŞ Dövlət Departamentinin dərc etdiyi görüş proqramında nəzərdə tutulmayıb. Nazirlər, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərhal ilk iclasa başlayıblar.

"Heç bir halda Avropa tərəfdaşlarının və cənab Lavrovun birgə fotoşəkli olmayacaq, çünki... Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz", - Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

Daha əvvəl Avropa rəsmiləri iki ayrı fotosessiyanın keçirilməsini nəzərdən keçirirdilər: Lavrovun iştirakı ilə və onsuz.
OXŞAR XƏBƏRLƏR