Gürcüstanda kompakt yaşayan soydaşlarımız gürcülərdən fərqli olaraq heç bir ölkəyə köçüb getməyi arzulamırlar. Onlar bildiriblər ki, hazırkı vəziyyətdə Gürcüstanda yaşamaq azərbaycanlılar üçün daha sərfəlidir. Çünki ölkə getdikcə iqtisadi cəhətdən inkişaf edir və onların hüquqları tamhüquqlu Gürcüstan vətəndaşı kimi müdafiə olunur. Son illər əksinə, Gürcüstandan vaxtilə köçüb getmiş azərbaycanlılar öz ata-baba yurdlarına qayıdır və əkin-səpin və digər məqsədyönlü işlərlə məşğul olurlar.
Qeyd edək ki, Gürcüstanda aparılan sorğularda 1200 nəfər yeniyetmə yaşlı Tbilisi və bir neçə böyük şəhər sakinləri iştirak ediblər. //APA