Rumıniyada hökumətlə falçılar arasında mübarizə gedir. Fala baxmaq və cadu etməklə pul qazanan falçıları hökumətin qəbul etməyi planlaşdırdığı yeni qanun layihəsi əməlli başlı qorxuya salıb. Falçılara vergi öhdəliyi qoyulmasından sonra, indi də onların cəza almasına, hətta həbsə düşməsinə yol aça biləcək yeni qanunun qəbulu gündəmə gəlib. Yeni qanun layihəsinə görə, falçıların kəhanəti düzgün çıxmasa cəzalandırılacaqlar.
Qeyd edək ki, Rumıniyada batil inanclara inanc güclüdür. Yanvar ayında hökumət yüz illərdir çoxunun qazanc mənbəyi olan falçılığı vergi ödəniləcək peşələr siyahısına salıb. Bu öhdəliyə etiraz edən falçılar hökuməti "qara cadu" ilə lənətləməklə təhdid ediblər. Onlar hətta Dunay çayını zəhərlədiklərini bildirmişdilər.
Layihə ötən həftə senatda qəbul edilib. Qüvvəyə minməsi üçün isə parlamentin təsdiqi lazımdır.
Kraliça cadugər hesab edilən Bratara Buzea "Associated Press" agentliyinə açıqlamasında doğru çıxmayan fala görə falçıların deyil, karot kartlarının günahkar olduğunu deyib. O, ömrünün sonuna kimi vergi vermək haqqında qanunun layihəsinin qüvvəyə minməməsi üçün əlindən gələni edəcəyini deyib.
//Ans Press