Gəncə Gənclər İdman Baş İdarəsinin yeni rəisi kim oldu?

GƏNCLİK
17:09 13.06.2011
1999
AZXEBER.COM-un məlumatına görə, Gəncə şəhər Gənclər İdman Baş İdarəsi sırf gənclərin idman növlərində və sosial həyatdakı fəallığının artırılması istiqamətində fəaliyyət göstərir. İdarənin işlədiyi hədəf qrupları Gəncədəki təhsil ocaqlarının tələbələri, şəhərin bütün idmançıları və digər gənclər sahəsi üzrə işləyən ictimai birliklər və təşəbbüs qruplarıdır.

Tutduğu vəzifəyə yeni təyin olunan Mikayıl Zeynalov daha öncədən də Azərbaycanda fəal gənclərdən olub. O, 2007-ci ildə Avropanın 5 ən fəal gənclər təşkilatlarından biri kimi seçilən “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin sədri olub, eyni zamanda “İrəli”nin idarə heyətinin üzvü və Gəncədəki təşkilatının sədri kimi fəaliyyət göstərib.

OXŞAR XƏBƏRLƏR