Gəncədə serjant özünü güllələdi

Bütün Xəbərlər
12:16 02.05.2011
1824

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 2-də Gəncə Regional Mühafizə İdarəsinin serjantı, Samux rayon sakini, 1968-ci il təvəllüdlü Nəsibov Yolçu Eldar oğlu ehtiyatsızlıqdan xidməti tapança ilə özünə xəsarət yetirib.

O, səhər saatlarında növbəni təhvil alarkən “Makarov” tipli tapançadan güllə açılıb. Nəticədə qarın nahiyəsindən xəsarət alan 43 yaşlı polis xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

OXŞAR XƏBƏRLƏR