Gənclər Əli Kərimlinin təxribatçı əməllərini pisləyir (YENİLƏNİR)
Bütün Xəbərlər
09:05 02.04.2011
1688
"Əli Kərimliyə ar olsun", "Azərbaycan gənclərini parçalayanlara ar olsun", "Sənin kim olduğunu Azərbaycan gənci bilir" kimi şüarlar səsləndirən gənclər son zamanlar ərəb ölkələrində baş verənlərin Azərbaycana süni şəkildə gətirilməsinin qəti əleyhinə olduqlarını, ölkəmizin gün-gündən inkişaf etdiyini və bunun bəzi dövlətləri, o cümlədən onların beynəlxalq təşkilatları razı salmadığından öz içimizdəki düşmən qüvvələrin əli ilə təxribatlar törədilməsinin mümkünsüz olduğunu bildiriblər. Etiraz edənlər Azərbaycan gəncliyinin ictimai-siyasi sabitliyin tərəfdarı olduğunu qeyd ediblər.