Aksiya 23 Aprel saat 14:00-da "İRƏLİ" Gənclik Mərkəzində başlamış, daha sonra isə Qız Qalasının yaxınlığında davam edib.. Aksiyaya qoşulan 60 nəfər gənc bir saat müddətində kütləvi şəkildə kitab oxuyaraq insanların diqqətini kitabın və mütaliənin önəminə çəkməyə çalışıb.
Aksiya zamanı "İRƏLİ" Production tərəfindən müvafiq mövzuda 2 sosial videoçarx da çəkilmişdir. Eyni zamanda “Dünya Kitab Günü” ilə əlaqədar təşkil olunmuş müsabiqələrdə qalib gələn şəxslərə “Əli və Nino” kitabevindən endirim kartları və kitablar təqdim olunub.