AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib.
H.M. ifadəsində uzun illər idmanla məşğul olduğunu və mühafizəçi işlədiyini bildirib.
Onun sözlərinə görə, hadisə baş verən gün - dekabrın 31-də saat 23 radələrində işlədiyi obyektdə xidmət aparırmış.
H.M.-nin sözlərinə görə, o, heç kimin tərəfini tutmadığını desə də, qarşı tərəf onu hədələməyə davam edib.
"O, dəfələrlə məni öldürəcəyini deyirdi. Mən də təhlükədən ehtiyatlanaraq obyektin mətbəxindən bıçaq götürüb qolumda gizlətdim. Məqsədim özümü qorumaq idi. Sanitar qovşağından çıxanda Elvin və iki dostunu qarşımda gördüm. Elvinin əlində bıçaq var idi. Mənə nalayiq ifadələr işlətdi.
Sonra üçü birlikdə üstümə gəlib məni döyməyə başladılar. Burnum qanadı, dişlərim sındı. Elvin əlindəki bıçağı mənə tərəf atanda artıq özümü itirdim. Onu nə vaxt və necə vurduğumu xatırlamıram. Daha sonra könüllü şəkildə polisə təslim oldum", - deyə o əlavə edib.
O bildirib ki, hadisə Yeni il gecəsi baş verib.
"Həmin gün Elvin evdə anası və bacısı ilə bayramlaşdı, sonra dostları ilə görüşəcəyini deyərək evdən çıxdı. Gecə saat 02:30-a qədər yazışırdıq. Anası narahat olub ona zəng etdi.
Məhkəmə prosesi sentyabrın 7-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 1-də gecə saat 02 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında baş verib.
İstintaq materiallarına əsasən, 36 yaşlı H.M. ilə 32 yaşlı E.R. arasında əvvəlcə klubda mübahisə yaranıb. Daha sonra dava obyektin qarşısında davam edib və H.M. E.R.-yə bıçaqla xəsarət yetirib. Ağır yaralanan E.R. xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisədən sonra H.M. polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.











































