Gecə Nabrandakı oteldə nə baş verib?

Gecə Nabrandakı oteldə nə baş verib?
Bütün Xəbərlər
12:27 31.07.2015
5741
Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) bəzi saytlarda ötən gecə Nabranda istirahət mərkəzlərindən birindən üç nəfərin 20-ə yaxın şəxs tərəfindən qaçırılması barədə xəbərlərə münasibət bildirib.
Xaçmaz RPŞ-dən APA-ya verilən məlumata görə, həmin hadisədə hər hansı cinayət faktı yoxdur: "Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gecə rayon ərazisində insan alverinə qarşı reyd keçiriblər. Əməliyyat axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz. Yayılan məlumatlar kökündən yalandır".
OXŞAR XƏBƏRLƏR