Gədəbəy qızılını “xırıd edən” şirkət devalvasiyaya sevinir

Gədəbəy qızılını “xırıd edən” şirkət devalvasiyaya sevinir
Bütün Xəbərlər
10:11 22.12.2015
1596
Azərbaycanın Gədəbəy qızıl yataqlarının işlənməsi üzrə operator şirkət “Anglo Asian Mining Plc” manatın növbəti kəskin devalvasiyasından məmnundur.
AZXEBER.COM  Virtualaz.org saytına  istinadən xəbər verir ki, şirkət devalvasiyanın Azərbaycandakı bəzi əməliyyat xərcləri və əsaslı xərclər baxımından “müsbət təsir göstərəcəyini” açıqlayıb.
“Anglo Asian Mining Plc” devalvasiya ilə əlaqəli olaraq öz büdcəsinə və planlarına yenidən nəzər salacağını bildirib.
Şirkət məmnunluqla elan edir ki, Azərbaycan fiksə olunmuş kurs siyasətindən imtina edərək tənzimlənən üzən məzənnə siyasətinə keçib. Bu isə hasil etdiyi qızılı, misi və gümüşü dollarla satan şirkət üçün manat ekvivalenti ilə gəlirlərin 48 faiz artması deməkdir.
Şirkətin gəlirlərinin hamısı dollarladır, ancaq əməliyyat xərclərinin və əsaslı xərclərinin əksər hissəsi manatla ifadə olunur. Bu, şirkətin rentabelliyinin xeyli artmasına səbəb olacaq. Devalvasiyanın təsiri ilə “Anglo Asian Mining” şirkətinin səhmləri də bahalaşıb.
OXŞAR XƏBƏRLƏR