Gədəbəydə yol qəzası baş verib, 6 nəfər yaralanıb

Gədəbəydə yol qəzası baş verib, 6 nəfər yaralanıb
Bütün Xəbərlər
12:37 30.05.2013
1443

Azərbaycanda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Slavyanka kəndində qeydə alınıb. Aftandil Sədyar oğlu Məmmədovun idarə etdiyi “10-EF-757 ” dövlət nömrə nişanlı “VAZ 21-07” avtomobillə Rizvan Abuzər oğlu Rzayevin idarə etdiyi “21-BC-406” dövlət nömrə nişan “VAZ 2121” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü və “VAZ-2107”də olan Bərdə rayon sakini Elxan Telman oğlu Abbasov və 1959-cu il təvəllüdlü Rahilə İsmayıl qızı Ələkbərova, “Niva” markalı avtomobildə olan 1968-ci il təvəllüdlü Maya Əli qızı Rzayeva və 1990-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıblar. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR