"Gələcək nəsillər Ulu Öndər Heydər Əliyevin irsini dərindən öyrənməlidir"

GƏNCLİK
18:33 12.12.2016
2139
Gələcək nəsillər ulu öndər Heydər Əliyevin zəngin siyasi irsini dərindən öyrənməlidir.
 
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn NəzərMedia.az İnfomasiya portalının rəhbəri Nəzərbəy Hacıağayev müsahibəsində söyləyib.
 
N.Hacıağayev deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər görən, ölkəmizin, xalqımızın gələcəyini düşünən dahi şəxsiyyət olub. Ümummilli Liderin gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan N.Hacıağayev deyib: "Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, bu dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gələcək nəsillər dahi şəxsiyyətin irsini daha dərindən öyrənmək ruhunda tərbiyə olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR