Gələcəkdə 5 yaşlı qızları onlar zorlayacaq!

Gələcəkdə 5 yaşlı qızları onlar zorlayacaq!
Bütün Xəbərlər
04:50 31.05.2015
60906

Əfsələddin Ağalarov

Zalımın qızı elə titrədi, elə titrədi ki, sol döşü üsyan etdi onun bu titrəyişinə. Dayan dedilər. Sən istədiyini anladıq. Gözdə çıxırıq çölə, salamlayırıq xalqı. Özünü bu qədər yorma. Bu dəqiqə yandırıb-yaxarıq onları. Ağıllarını başlarından alarıq, dedilər və dediklərinə də əməl etdilər. 

Bax beləcə Səidənin o yarımçıq çölə boylanan döşü barmağına sarıdı gündəmi. Yanıb-yaxıldıq hamılıqla. Heç Ömərin, Ayanın, Ayxanın, Fərəhin və o binadakı qara tüstünün bizdən çaldığı 16 vətəndaşımız üçün belə yanıb-yaxılmamışdıq. Yəqin ki, həmin döşün görüntüsü o qəlbimizdəki yanğını ürəyimizdən alıb başqa təyinatlı orqanlarımıza transfer etdi. Unutduq, səsini eşitmədiyimiz üçün çarəsizlikdən özünü yanan binanın 16-cı mərtəbədən atan, hələ təzə evlənməyə hazırlaşan Yaşarı.

***

Həmin döşün bizdən aldığı təkcə ürəyimizdəki yanğı, beynimizdəki 16 nəfər deyildi. O, qaralmış döşün bizdən aldığı auditoriyada canlı efirdə ağzının suyu axa-axa prosesə tamaşa edən gənclər idi. O gənclər ki, gələcəkdə aralarında yeni Yakovlar olacaqdır. O Yakov ki, 32 yaşına çatdıqları zaman seksual manyak olacaq və qonşuluğunda yaşayan, çoxdandır gözünə kəsdirdiyi 5 yaşlı Aişələri zorlayacaq. O Yakov ki, əlləri ilə Aişələri boğacaq nəfəsi kəsilənə kimi, sonra bir də təcavüz edəcək. O Yakov ki, canını aldığı balaca qızcığazın ölmüş bədənindən qorxub, cəsəddən qurtulmaq üçün nəşi şam ağacının altına basıracaq. Və biz həmin bizlər olacağıq ki, o döşlərdən birini də efirdən görüb unudacağıq hər şeyi.

***

Məsələn Aytac kimi. Yadınızdadır bu qızın aqibəti? Bir ara nəsə səs çıxırdı cəmiyyətdən. Nəsə tələb edirdi insanlar onun üçün. Hə, yadıma düşdü. Deyəsən ədalət idi. O ədalət ki, yeni Aytaclar qurban getməsin deyə baş qaldırmağa çalışırdı. Bax bu idi insanların tələb etdikləri. Amma bu tələblər azaldı zamanla. Aytac öldürüldüyü zaman insanların gözündə qurumayan yaş, onun oğlanla çəkilən şəkillərini görəndən sonra qupquru qurudu.

“Yaxşı qız oğlanla görüşməz”, “əgər öpüşübsə, qucaqlaşıbsa öldürülməlidir” deyib dayandı bu qız üçün başladılan tələblər. Susduq o zamanlar. Aytacı qurban verdik susqunluğumuza, ürəyimizdə basırdıq.

Yaxşı Aişəni nə edək? Onudamı ürəyimizin bir küncündə dəfn edək? Bəlkə aramızda 5 yaşlı qızcığazın üstündə ən çox sevdiyi cizgi film qəhrəmanı “Maşa”nın rəsmi olan şortiki geyindiyi üçün32 yaşlı Yakovun ehtirasını alovlandırdığını düşünənlər var? Yəqin ki, var... Niyə də olmasın? Axı bu məmləkətdə körpə qızları, nəvəsi yaşında uşaqları şortikdə görüb, ağzının suyunu yığışdıra bilməyən bığı ağarmış şərəfsizlərin sayı azdırmı? O, pedofillər küçədə, marketdə, məktəbdə, həyətdəki əmilər, dayılar deyilmi? Onlar da Aişənin həyətlərində gördüyü zaman əmi deyə çağırdığı Yakovun yaşında deyillərmi?

***

Yaxşı gəlin, mən deyim Aişəni nə edək. Onu da unudaq, bir külək kimi, bir film kimi baxaq keçsin getsin. Faciədən faciə yaratmamağa çalışaq. Onsuzda ürəyimizdəki yanğını ürəyimizdən xüsusi təyinatı olan orqanlarımıza transfer edən bir döş sahibi tapılacaq. Baxaq o döşə və yanılıb-yaxılaq. Penoplassız zadsız...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır