'Gələcəyə Körpü' Gəncə şəhərində Beynəlxalq layihə həyata keçirəcək

GƏNCLİK
17:10 11.07.2013
2105
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 12-20 İyul 2013-cü il tarixlərində Gəncə şəhərində Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” programı, “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi”, “Swarowski” mağazalar şəbəkəsi, “Bakcell” şirkətinin maliyyə və Gəncənin Avropa Gənclər paytaxtı müsabiqəsində namizədliyini irəli sürən Komitənin təşkilatı dəstəyilə “Gənclərin iştirakı və əməkdaşlığı işində teatr üsulları” adlı təlim kursu təşkil edəcək.“Gənclərin iştirakı və əməkdaşlığı işində teatr üsulları” təlimi Avropa Birliyi ölkələri, Şərqi Avropa və Qafqazın 30 gənc işçiləri üçün təşkil olunacaq. Bu görüş Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər artırmaq, teatr metodlarından istifadə edərək yerli QHT-lərin bacarıqlarının inkişaf etdirilməsi üçün keçiriləcəkdir. Təlimin təşkil olunmasında əsas məqsəd beynəlxalq əməkdaşlığı və layihə idarəçiliyi bacarıqlarını gücləndirməkdir.
Təlimlə yanaşı iştirakçılar təlim müddətində Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət -ənənəsi, qədim Gəncə şəhəri haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar. Dünyanın hər bir yanından gəlmiş gənclər Gəncənin qədim tarixi və mədəniyyəti barəsində məlumat əldə edəcəklər.
Beynəlxalq təlim kursunda Azərbaycan, Almaniya, İspaniya, Gürcüstan, Ukraniya, Rumuniya, Moldova, Çexiya və Türkiyə olmaqla ümumilikdə 30 nəfər gənc iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR