'Gələcəyə Körpü'ylə AZXEBER.COM informasiya portalı yeni layihəyə start verdi

GƏNCLİK
01:00 10.05.2013
2219

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin və AZXEBER.COM informasiya portalının birgə əməkdaşlığı ilə Gəncə şəhərində “Mənim Şəhərim” adlı foto müsabiqəyə start verilir.

10 May 2013 ildən etibarən start götürəcək foto müsabiqə Gəncə şəhərində ən yaxşı , yaradıcı və ilk dəfə çəkilmiş fotonun müəllifi “Gələcəyə Körpü” GİB-in və Azxeber.com informasiya portalı tərəfindən qiymətləndiriləcəkdir.Nəzərə alsaq ki, Gəncə 2016 Avropa Gənclər paytaxtı olmağa ən real namizədlərdəndir məhz sizin fotolar bu müsabiqədə də böyük rəğbətlə qarşılanacaqdır.

Müsabiqənin qalibi azxeber.com informasiya portalının 116.000 üzvü olan facebook səhifəsində ən çox like yığan şəxs seçiləcəkdir.

Fotolarda əsasən Gəncənin 2016 Avropa Gənclər Paytaxtı olmasına dəstək əks olunmalıdır.Fotolar may ayının 20-nə qədər [email protected]/* */ ünvanına göndərilməlidir.

Qalib fotonun müəllifi “Gələcəyə Körpü” GİB tərəfindən Ödənişsiz olaraq beynəlxalq düşərgədə iştirak etmək imkanı əldə edə biləcək və azxeber.com informasiya portalında şəkillər ictimaiyyətə yayımlanacaqdır.

OXŞAR XƏBƏRLƏR