Türkiyənin İzmir şəhərində əri tərəfindən döyülən 29 yaşlı Fatma S. bədənindəki ləkələrin şəklini sosial şəbəkədə paylaşdıqdan sonra dərman qəbul edərək intihar edib.
O, sosial şəbəkədə fotoları paylaşıb, qeyd olaraq yazıb:
"Bəlkə, hər kəs bu boşanmada məni günahlandıracaq. Amma Harunun dayısı və qızı məni döyərkən o, qollarımı tutub məni təhdid etdi. "Pilləkənlərdən yıxılmışam deyəcəksən", "Əgər şikayət etsən, boşayaram səni", - dedi. Bu gündən sonra Harun deyilən şəxs nə oğlumun, nə də mənim həyatımda yoxdur. Artıq bu mövzu haqqında danışmaq istəmirəm. Şərh etmək sizin işinizdir".
İntihar hadisəsi 9 ay əvvəl baş versə də, qızın ailəsi bir neçə gün öncə məhkəməyə onu döyənlərdən şikayət edib. Fatmanın valideynləri Harunun izlənilməsini tələb ediblər.
///Milli.Az