‘Gəlin imkan verək nazir 100 gün işləsin daha sonra…’ - Şahlar Əsgərov

‘Gəlin imkan verək nazir 100 gün işləsin daha sonra…’ -  Şahlar Əsgərov
Bütün Xəbərlər
14:25 22.05.2013
2276

Azərbaycanda 15 ildir ölkə təhsilinə rəhbərlik edən Misir Mərdanovun istefası və onun yerinə 37 yaşlı gənc kadr Mikayıl Cabbarovun təyinatı ölkə ictimaiyyəti tərəfindən Azərbaycan təhsilində yeni islahatlar dövrünün başlanğıcı kimi qiymətləndirilir.

Təhsil ekspertləri yeni nazirin gəlişindən sonra indiyədək ən çox problemlərin mövcud olduğu təhsilin orta pilləsində təcili kadr islahatlarına ehtiyac olduğunu qeyd edirlər. Onların sözlərinə görə, xüsusəndə bölgələrdəki orta məktəblər təhsil vermək funsksiyasını itiriblər və daha çox formal xarakter daşıyırlar.

Ekpsertlərin düşüncəsinə görə, bu sahədə əsaslı dönüşün yaradılması üçün mühüm şərt rayon təhsil şöbələrinin başına innovativ təşəbbüslərə cavab verən, müasir təhsil meyarları ilə uyğunluq təşkil edən kadrların gətirilməsidir.

Yeni nazir isə, hazırda ictimaiyyətin gözlədiyi kadr islahatlarına başlayıb və artıq nazirlikdə bir neçə məmuru vəzifəsindən uzaqlaşdırıb.

Bəs görəsən yeni kadr islahatlartı Azərbaycan təhsilində nə kimi dəyişikliklərə səbəb olacaq?

Məsələylə bağlı AZXEBER.COM-un suallarını cavablandıran Milli Məclisin Elm və Təhsil komissiyasının keçmiş sədri Şahlar Əsgərovyeni nazirin kadr islahatlarını doğru atılmış addım hesab edib. Onun sözlərinə görə, Mikayıl Cabbarov ictimai mənafeyi üstün tutan kadrları, öz şəxsi mənafeyindən üstün tutan kadrlarla əvəz etməlidir:

“Nazir hələ 100 gün deyil ki, vəzifəyə təyin olunub. Gəlin imkan verək nazir 100 gün işləsin daha sonra onun gördüyü işlər haqqında danışaq. Mikayıl Cabbarovun hazırda keçirdiyi islahatları mən normal hesab edirəm. Çünki yeni vəzifəyə gətirilən hər bir şəxs əvvəlcə kadr islahatları keçirməli və işləyə bilən insanları yanına yığmalıdır. İnanıram ki, yaxşı olacaq. Kadr məsələsi hər yerdə, o cümlədən təhsildə də çox vacib məsələdi. Mən ümid edirəm ki, yeni nazir ictimai mənafe üstün tutan kadrları, öz şəxsi mənafeyindən üstün tutan kadrlarla əvəz edəcək”.

Ş.Əsgərov son günlər müəllimlərin şagirdləri döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videolara da münasibət bildirib. Onun sözlərinə görə, 200 min şagirdi olan bir ölkədə bu cür hadisələrin baş veməsi gözləniləndir. O eyni zamanda, bu hadisələrin mətbuatda bu qədər işıqlandırılmasının doğru olmadığını bildirib:

“Azərbaycanda 200 mindən çox şagird təhsil alır. Bu cür hadisələrin olması normaldır. Mən bu cür hadisələrin mətbuatda bu qədər qabardılmasının əleyhinəyəm. Belə hadisələri qabardıb ictimailəşdirmək doğru deyil”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR