Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə tökərək xəsarət yetirib.
AZXEBER.COM xəbər verir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 1967-ci il təvəllüdlü Zenfira Muradovanın sifət nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni (turşu) tökərək xəsarət yetirib. Z. Muradovaya tibbi yardım göstərilib.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.