Türkiyənin Kocaeli şəhərində qorxunc cinayət hadisəsi yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gəlin və qayınanası evlərində ölü olaraq tapılıb. Aparılan araşdırmalar nəticəsində, qadınlardan hər ikisinin həm bıçağlandığı, həm də boğazlarının kəsildiyi ortaya çıxıb.
Qorxunc cinayətin ilk şahidləri qonşular olub. Onlar evə daxil olduqdan sonra gəlin və onun qayınanasının işgəncə edilmiş cəsədləri ilə qarşılaşıblar.
Faktla bağlı araşdırma başladılıb.
Ozal İbrahimli