Gəlinlər qayınanaları ilə niyə yola getmirlər?

Gəlinlər qayınanaları ilə niyə yola getmirlər?
Bütün Xəbərlər
12:48 14.11.2012
1107
Tarix boyu gəlin-qayınana münaqişəsi ailələrin ən ciddi problemlərindən biri olub. Bəs buna səbəb nədir? İngiltərədə aparılan araşdırmada mütəxəssislər bu sualın cavabını tapmağa çalışıblar.İctimai araşdırmalar aparan "OnePoll" müəyyənləşdirib ki, hər 10 gəlindən 4-ü qayınanası ilə münasibət qurmaqda çətinlik çəkir. Belə ki, hər 10 gəlindən biri yaşadığı problemlərə görə, qayınanası ilə əlaqələrini kəsir. 10 gəlindən 5-i isə vəziyyəti həyat yoldaşı ilə müzakirə edir.Gəlin-qayınanana münasibətlərinin ən çox mübahisəyə səbəb olan mövzu isə uşaq btərbiyəsi ilə bağlıdır. Ailənin iki üzvünün bir-biri ilə yola getməməsinin digər səbəbi isə aşağıdakılardır:1. Qayınananın gəlinə keçmiş təcrübələrini örnək gətirməsi2. Qayınananın gəlinin analıq bacarığına şübhə etməsi3. Qayınananın gəlinin nəvəsini qeyri-sağlam qidalarla bəsləməsini iddia etməsi4. Qayınananın gəlinin uşağının nəyi xoşlayıb, nəyi sevmədiyini bilməməkdə ittiham etməsi5. Gəlinin sözünün ciddi qəbul edilməməsi6. Maddi problemlərə fərqli baxış7. Uşaqların tərbiyəsi8. Uşaqların zəif, arıq olması9. Gəlinin geyim-kecimi11. Gəlinlərin mətbəx bacarıqları
OXŞAR XƏBƏRLƏR