Gənc azərbaycanlı BMT-nin yüksək qurumunda ölkəmizi təmsil edəcək

GƏNCLİK
16:18 03.09.2014
3076
BMT-nin Azərbaycan Nümayəndəliyinin gənc əməkdaşı Vüqar Allahverdiyev sentyabr ayından etibarən proqram üzrə mütəxəssis kimi BMT-nin ən yüksək qurumunda fəaliyyət göstərəcək.
AZXEBER.COM xəbər verir ki, 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda qlobal gənclər siyasətinin inkişafının dəstəklənməsi məqsədilə“Gənclər Siyasəti üzrə I Beynəlxalq Forum”keçiriləcəkdir.
Bu məqsədlə bu ilin mart ayında Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT-nin Nyu Yorkdakı baş qərargahına səfəri zamanı Azərbaycan Hökuməti və BMT-nin Baş Katibinin Gənclər üzrə Xüsusi Elçisinin Ofisi arasında Anlaşma Memorandumuimzalanmışdır.
Anlaşma Memorandumunun əsas istiqamətlərindən biri Gənclər üzrə Xüsusi Elçinin Ofisinə peşəkar kadrların cəlb olunması zamanı azərbaycanlı mütəxəssislərə müraciət olunmasıdır. Bu baxımdan BMT-nin Azərbaycan Nümayəndəliyinin gənc əməkdaşı Vüqar Allahverdiyev artıq sentyabr ayından etibarən proqram üzrə mütəxəssis kimi yuxarıda qeyd olunmuş gənclər üzrə BMT-nin ən yüksək qurumunda fəaliyyətə başlamışdır.
Qeyd edək ki, Gənclər üzrə Xüsusi Elçi və onun rəhbərlik etdiyi qurum BMT-nin beynəlxalq müstəvidə gənclərlə fəaliyyətinin koordinasiyası, gənclərin inkişaf ehtiyaclarının təhlili və onların həllinə dəstək verilməsi, gənclərin hüquqlarının müdafiə olunması, eləcə də onların BMT-nin qlobal layihələrdə iştirakının təmin edilməsi mandatı üzrə fəaliyyət göstərir.
Vüqar Allahverdiyev 7 ildən artıqdır ki, BMT-nin Azərbaycan nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2008-ci ildə Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər, 2011-ci ildə isə Azərbaycan İqtisad Universitetinin iqtisadiyyatın idarə olunması fakültələrinin magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

OXŞAR XƏBƏRLƏR