Gənc Bakı sakini naməlum şəraitdə başından yaralandı

Gənc Bakı sakini naməlum şəraitdə başından yaralandı
Bütün Xəbərlər
10:32 06.10.2014
671
Həkimlər onun başında bıçaq və ya küt alət izi aşkarlasa da yaralı yıxıldığını iddia edib.Bakıda 26 yaşlı Həsənov Ramin Sabir oğlu naməlum şəraitdə baş nahiyəsindən xəsrət alıb.AZXEBER.COM-un məlumatına görə, yaralı əvvəl Neyrocərrahiyə xəstəxanasına aprılıb. İlkin müayinə zamanı başında küt alət izinə rastlanan yarlı gənc daha sonra 3 saylı şəhər xəstəxanasına köçürülüb. Burada yenidən müayinə olan Ramin Həsənov xəsarət almasına səbəb kimi Xətai rayonu Naximov küçəsində yıxılmasını göstərib. Zərərçəkənin iddiasına görə, o yolla getdikdə ayağı büdrəyib və nəticədə müvazinətini itirib ki, bu da onun başından xəsarət alması ilə nəticələnib.
Lakin həkimlərin müayinəsi zamanı həmin yarının bıçaq və ya küt alətin zərbəsindən yarandığı qənaətinə gəlinib. Bundan sonra 26 yaşlı gənc xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. Yaralı Ramin Həsənovun ifadəsində nə dərəcədə səmimi olması da müzakirə olunur.
OXŞAR XƏBƏRLƏR