6-8 dekabr 2017-ci il tarixlərində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Dizaynerlər Akademiyası layihəsi uğurla sona çatıb.
3 gün davam edən layihədə ölkənin tanınmış modelyer-dizynerləri,qrafik ve web dizaynerləri gənc dizaynerlərlə və dizayna marağı olan tələbələrlə olan görüşlərdə iştirak edərək,onlarla öz təcrübələrini,uğur hekayələrini bölüşüblər..
Layihənin I günündə tanınmış gəlinlik dizayneriÜlkər Həsənova, LACO adlı Azərbaycan brendinin yaradıcısı Lalə Ağayeva və Gilan Tekstil fabrikinin aparıcı dizayneri İbrahimova İlahə olmuşdur.Digər günlər isə tanınmış radio aparıcısı,dizayner Rəvan Bağırov,food photograf Günel Fərhatli və Züleyxa jurnalının və Züleyxa Shopun təsisçisi və rəhbəri Lalə Mirzəyeva olmuşdur.
Layihə müddəti ərzində Azərbaycanda dizaynerliyə olan maraq,müasir dizayn sahələri,yaxşı dizayner olmaq üçün nələrə ehtiyyacımız olduğu haqda mövzular müzakirə olunmuşdur.Layihə 3 gün ərzində böyük marağa səbəb olmuşdur.