Gənc fəallara 15 sutka həbs cəzası verildi

Gənc fəallara 15 sutka həbs cəzası verildi
Bütün Xəbərlər
14:40 15.07.2013
1227

İyunun 14-də Bakıda tutulan üç gənc fəalın hər birinə məhkəmənin qərarı ilə 15 sutka həbs cəzası verilib.

Hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azad Gənclik Təşkilatı İdarə Heyətinin üzvləri Ülvi Həsənli və Məcid Mərcanlı, N!DA Vətəndaş Hərəkatı İdarə Heyəti üzvü Kənan Qasımlı ictimai qaydanı pozduqlarına və polisin qanuni tələbinə qəsdən tabe olmadıqlarına, habelə müqavimət göstərdiklərinə görə həbs olunublar.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR